Azərbaycanda keçirilən “Baku Cup 2014” tennis turnirinin ilk günü iki təmsilçimizdən birinin məğlubiyyəti ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ilk dəfə belə yarışa qatılan 14 yaşlı azərbaycanlı tennisçi Züleyxa Səfərova seçmə mərhələdə mübarizəni dayandırıb.
Turnirin ən gənc tennisçilərindən olan debütant Belarus təmsilçisi Aleksandra Sasnoviçlə qarşılaşıb. Gənc tennisçi dünya reytinqində 136-cı pillədə olan 20 yaşlı rəqibinə qarşı ciddi müqavimət göstərə bilməyib - 2:6, 1:6.
Qeyd edək ki, Azərbaycanın turnirdə digər təmsilçisi Nəzrin Cəfərova 1/16 finalda slovakiyalı Yana Çepelova ilə görüşəcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib