Bu gün Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun abidəsinin açılış mərasimi olub. Apasport.az saytının məlumatına görə, tədbirdə ilk olaraq söz Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılova verilib.
Nazir müavini şahmatçının adının ədəbiləşdirilməsi haqda danışıb: “Vüqar adını Azərbaycan idman tarixinə yazıb. Çoxlu sayda turnirlərdə qələbə qazanıb. Hər zaman Vətənə medalla gəlib. Avropa çempionu olub. Sözsüz ki, dövlət onun adının əbədiləşdirilməsi istiqamətində addımlar atacaq. Gələcəkdə onun adının şahmat məktəblərdən birinə verilməsi ola bilər. Bu gün başlayan yeniyetmələr arasında turnir şahmatın inkişafına təkan olacaq. Uşaqlar gələcəkdə Vüqarın partiyaları üzərində öyrənəcəklər. Onlar çalışacaqlar ki, Vüqara oxşasınlar".
Daha sonra şahmatçının atası Qasım Həşimov çıxış edib: “İlk olaraq Vüqarın abidəsini hazırlayan Azad Əliyevə təşəkkür edirəm. Vüqar Azərbaycanı sevən, şahmatsız yaşaya bilməyən insan olub. Yadıma gəlmir ki, o hansısa yarışdan mükafatsız qayıtsın. Hər zaman qələbə uğrunda mübarizə aparıb. Bu gün də onun adı ürəklərdə yaşayır. Vüqarın arzusu Azərbaycan şahmatının qələbə qazanması olub. O, həmişə Vətənə medalla qayıtmasını arzulayıb. Onun bizimlə olmamasını qəbul etmək çətindir. Biz hər zaman onu xatırlayacayıq".
Qeyd edək ki, bürüncdən olan abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib