Noyabrın 27-də Türkiyədə parataekvondo üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, cəmi 1 gün çəkəcək və 6 çəki dərəcəsində (müxtəlif kateqoriyalar üzrə) idmançıların qatılacağı yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Komandamızın baş məşqçisi Əvəz Tağıyev 3-cü Avropa çempionatında Anar Hüseynov, Şamil Kərimov, Devran Məsənov, Namiq Abbasov, Rövşən Qəhrəmanlı (hamısı 61 kq), Nicat Müslimov, Rövşən Rzayev, Əbülfəz Abuzərli (hər üçü 75 kq), Aleksandr Poleşuk, Vüsal İsmayılov (hər ikisi +75 kq), Bahar Şıxəliyeva (49 kq) və Aynur Məmmədovaya (58 kq) şans verəcək.
Qeyd edək ki, yığmamız hazırda Bakıda təlim-məşq toplanışındadır.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib