YANKOVİÇƏ AĞIR CƏZA: 8 OYUN VƏ 22500 MANAT
08.05.2026 - 16:43
"Qarabağ"ın futbolçusu Marko Yankoviçə ciddi cəza verilib.
Apasport.az xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
Buna yarımmüdafiəçinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la matçında etdikləri səbəb olub.
O, hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun oyuna buraxılmayacaq.
Həmçinin “Qarabağ” komandası 25500 manat cərimə edilib.
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
0
0