Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət yığmamızın baş məşqçisi Ruslan Maşurenko iyulun 14-15-də Almaniyada baş tutacaq Avropa Kubokuna yollanacaq komandaya daha bir idmançının adını əlavə edib.
Bu, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Fəqan Quluzadədi. Nəticədə Saarbrükkendə təşkil olunacaq yarışda ölkəmiz 14 kişi cüdoçu ilə qüvvəsini sınayacaq. Onunla yanaşı, Vüqar Şirinli, Mehman Sadıqov, Kəramət Hüseynov (hər üçü 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Rüstəm Orucov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov (hər üçü 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Natiq Bağırov isə Avropa Kubokunda 5 yetirməsini sınayacaq. Bunlar Gülşən Nəzərova, Şəfəq Məmmədova (hər ikisi 52 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq) və Gözəl Zutovadı (78 kq).
Qeyd edək ki, yarışda 24 ölkədən 463 (299 kişi, 164 qadın) cüdoçunun qüvvəsini sınayacağı gözlənilir.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb