Yığmamız BƏƏ-də 4 medal qazandı
05.02.2024 - 11:14
Birləşmiş Ərəb Əmirliklərində taekvondo üzrə keçirilən Fujeyra açıq çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi G2 kateqoriyalı yarışı 4 medalla başa vurub.
Komandamızın heyətində Milad Beiqi Harçeqani (+87 kq) finala kimi uğurla irəliləyib. Lakin həlledici görüşdə məğlub olduğundan ikinci yeri tutub.
Digər taekvondoçularımızdan Cavad Ağayev (74 kq), Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kq) bürünc medala sahib olub.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
0
0