Yığmamız beynəlxalq turnirə yollanır
13.10.2022 - 14:34
Stolüstü tennis üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, yığma Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirəsinə həsr olunan yarışa qatılacaq.
Pavlodar şəhərində təşkil olunacaq turnirdə böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova bacarığını göstərəcək. Oktyabrın 15-də start veriləcək yarışa oktyabrın 17-də yekun vurulacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0