Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Apasport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, komandamız bu dəfə Göygöldə bir araya gəlib.
Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında baş tutan toplanışa 12 boksçu qatılıb. Hazırlığın bu mərhələsi iyulun 21-dək davam edəcək. Toplanışda əsasən fiziki, texniki və taktiki çalışmalara üstünlük verilir.
Məşqlər Macarıstanda keçiriləcək dünya birinciliyi və Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO