Yığmamız Xorvatiya ilə qarşılaşacaq
27.03.2025 - 10:52
Yığmamız Xorvatiya ilə qarşılaşacaq

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Avropa çempionatının əsas seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçına çıxacaq.

Komandamız Xorvatiya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, oyunları Xorvatiyada keçirilən qrupun digər matçında Türkiyə ilə Bosniya və Herseqovina üz-üzə gələcək.

AVRO-2025-in əsas seçmə mərhələsi
VII qrup, II tur
27 mart
20:00. Xorvatiya - Azərbaycan
Hakimlər: 
Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Omiş. Ribnjak İdman Sarayı