Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin iclasında rəsmiləşib.
Toplantıda məşqçi-müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçilər heyətində müəyyən dəyişikliklər olunub.
Öz xahişi ilə istefa verən kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandostun yerinə Məmməd Abdullayev təyin edilib. Ona Rəşad Məmmədov köməklik edəcək.
Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin olunub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib