
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayıb.
B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya ilə üz-üzə gəlib. Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunub. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Evangelos Qyoka het-trik edərək komandamızın məğıubiyyətdə əsas rol oynayıb. Millimizin heyətində yeganə qolun müəllifi Tunar Rzayev olub.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. Bu qrupda millimiz və meydan sahiblərinin digər rəqibi Uels yığmasıdır.
AVRO-2025-in II seçmə mərhələsi
B Liqası, 6-cı qrup
I tur, 19 mart
18:00. Azərbaycan – Albaniya - 1:4
Qollar: Tunar Rzayev, 47 - Evangelos Qyoka, 7; 53; 64. Qabriel Kulla, 76
Baş hakim: Ceremi Müller (Lüksemburq)
Elbasan Arena
- “Neftçi”də kütləvi ayrılıq: Bu oyunçulardan başqa...
- "Zirə"də yeni müqavilə: Rəşad Sadıqov braziliyalını buraxmadı
- Region Liqası: 1/4 finalın cütləri müəyyənləşib
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
- Aygün Kazımova və Aleyna Tilki dünya çempionatında səhnə alacaqlar