Azərbaycan boksuna ağır itki üz verib.
Apasport.az saytının məlumatına görə, uzun müddət müxtəlif yaş qrupları üzrə milli komandalarımızın baş məşqçisi işləmiş Şamil Əlimzanov 77 yaşında vəfat edib.
SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıda Tatar qəbiristanlığında dəfn olunacaq.
Şamil Əlimzanov ən hörmətli müəllimlərdən sayılırdı və Azərbaycan boksunun onurğa sütunu hesab edilirdi. Onun yetirmələri arasında adını ölkə boks tarixinə yazdıranlar kifayət qədərdir. İlk Avropa və dünya birinciliklərinin qaliblərinin, Yay Olimpiya Oyunlarının iştirakçılarının müəllimi olub. Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov və digər titullu idmançılarımızın bir çoxuna boksun sirlərini məhz Şamil Əlimzanov öyrədib.
Onun yolunu oğlu İlham Əlimzanov davam etdirir. O, hazırda boks üzrə təcrübəli mütəxəssislərdən biri hesab edilir.
Allah rəhmət eləsin!
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib