Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranmasının 10 ili tamam olur. Apasport.az saytının məlumatına görə, 10 il əvvəl - 2008-ci ildə yaradılan qurum bu gündən 11 yaşına qədəm qoyur.
Qurum 10 illik fəaliyyəti dövründə daxili yarışların keçirilməsini təşkil edir. Topaz Premyer Liqası, I divizion və Azərbaycan kubokunu keçirən PFL bir sıra yeniliklər etməsi ilə də seçilib. Bu yeniliklərdən biri də qurumun rəsmi internet saytıdı. Bundan başqa, uzun fasilədən sonra bərpa olunan ənənələr də qeyd edilməlidi. Əvəzedicilərin çempionatı buna misaldı.
Ramin Musayevin prezidenti olduğu PFL-in yaranmasından sonra çempionatın səviyyəsinin qalxması klubların nəticələrində də əksini tapıb. Avrokuboklarda qazanılan bütün uğurlar son 8 ilə təsadüf edib. Bunun da sayəsində həm UEFA, həm də İFFHS reytinqində Azərbaycan son sıralardan qurtulub və ildən-ilə daha yüksək mövqelərə qalxır. 9 il əvvəl UEFA reytinqində 42-ci olan ölkəmiz bu müddətdə 18 pillə irəliləyərək, 24-cü yerə qalxıb.
Apasport.az saytının kollektivi başda Ramin Musayev olmaqla, PFL-in bütün əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb