Yeniyetmə yunan-Roma güləşçiləri arasında Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku”nda Azərbaycanın U-17 millisi komanda hesabında çempion olub.
Azərbaycan Güləş Federasiyasından (AGF) apasport.az-a verilən məlumata görə, sözügedən yarışda 4 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan yığmamız 173 xal toplayıb.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) çempion olublar. Nurlan İbadzadə (60 kq) 2-ci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) 3-cü yeri tutublar.
Qadın güləşində böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 3 medal əldə edilib. Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medal qazanıblar. Yığma 63 xalla 3-cü yeri tutub.
Beləliklə, Azərbaycan güləşçiləri turnirdə ümumilikdə 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medala yiyələniblər. Yarışda Azərbaycanı hakim qismində beynəlxalq dərəcəli referi Xəzər Allahverdiyev təmsil edib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib