Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 8 medal qazandı
15.06.2022 - 20:38
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə yunan-Roma güləşində daha 4 medal əldə olunub.
Məhəmməd Qasımzadə (60 kq) finalda gürcüstanlı Avtandil Mamaladzeyə tam üstünlüklə (9:1) qalib gələrək Avropa çempionu olub. Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.
Beləliklə, yığma komandamız qitə birinciliyini 8 medalla başa vurub. Bunlardan 2-si qızıl, 5-i gümüş, 1-i isə bürünc medal olub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
1
0