Yunan-Roma millimizdən AÇ-də daha bir qızıl medal
23.04.2023 - 20:51
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında daha bir yunan-Roma güləşçimiz qızıl medal qazanıb.
Apasport.az-ın xəbərinə görə, 72 kq çəki dərəcəsində yarışan Ülvü Qənizadə finalda Fransanı təmsil edən İbrahim Qanemlə qarşılaşıb.
Gərgin keçən qarşılaşma 7:7 hesabı ilə başa çatıb. Sonuncu xal prinsipinə əsasən Ülvü Qənizadə qalib elan edilib. Bununla da 2 Avropa çempionatının bürünc medalından sonra Ülvü böyüklər arasında ilk qitə çempionluğuna nail olub.
Qeyd edək ki, bu, Azərbaycan millisinin bu gün qazandığı 2-ci qızıl medaldır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0