"Yuventus"un əsas müdafiəçisi sıradan çıxıb
31.03.2025 - 18:04
"Yuventus"un əsas müdafiəçisi sıradan çıxıb

İtaliya Seriya A təmsilçilərindən "Yuventus" əsas müdafiəçilərindən birini itirib.

Apasport.az xəbər verir ki, bu barıdə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Federiko Qatti İtaliya çempionatının "Cenoa" ilə matçında (1:0) zədələnib.

26 yaşlı futbolçu xəstəxanaya yerləşdirilib. Müdafiəçinin tam sağalması üçün təxminən bir ay vaxt lazım olacaq.

Qatti bu mövsüm A Seriyasında 28 matçda iştirak edib, 1 qol vurub.