Zaha "Qarabağ"la matçı buraxa bilər
30.09.2024 - 14:18
Fransanın “Lion” komandasının futbolçusu Vilfrid Zaha Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxa bilər.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi kot d-ivuarlı yarımmüdafiəçinin performansından narazıdır.
Bu səbəblə 32 yaşlı forvardın heyətdən uzaqlaşdırılacağı gözlənilir.
Zaha Fransa klubuna ötən ay Türkiyənin “Qalatasaray” komandasından icarə əsasında keçib.
Qeyd edək ki, noyabrın 28-də Bakıda keçiriləcək “Qarabağ” – “Lion” qarşılaşması saat 21:45-də start götürəcək.
- Sənan Abdullayev: "Bu mövsüm də heç bir sponsorla anlaşa bilməmişik"
- Azərbaycan kubokunda cari mövsümün püşkü atılıb - YENİLƏNİB
- II Liqada V turun təyinatları açıqlanıb
- Azərbaycan kubokunun keçiriləcəyi tarix bəlli olub
- “Qəbələ”nin nigeriyalı futbolçusu: “Əsas məqsədimiz Premyer Liqaya yüksəlməkdir”
0
0