Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Kürü keçək?!” adlı ənənəvi üzgüçülük yarışı sayca dördüncü dəfə keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Mingəçevir şəhərində keçirilən yarış barədə jurnalistlərə açıqlama verib.
O, builki turnirə 600-ə yaxın iştirakçının qatıldığını bildirib: “Sevindirici haldır ki, bu yarışa gənclərin və xanımların marağı böyükdür. Bu da onların üzgüçülüyə olan sevgisini artırır. Arzumuz odur ki, “Kürü keçək?!” yarışları ənənəvi olaraq davam etsin. Hədəfimiz isə gələcəkdə bu yarışı beynəlxalq səviyyədə təşkil etməkdir”.
Qeyd edək ki, 4-cü dəfə baş tutan yarışda ölkənin bütün şəhər və rayonlarından 12 yaşdan yuxarı, üzmə bacarığı olan şəxslər iştirak ediblər.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb