"Zirə" düşərgəsində şad xəbər - YARIMMÜDAFİƏÇİ KOMANDAYA QAYITDI
03.03.2025 - 15:23
"Zirə" düşərgəsində şad xəbər - YARIMMÜDAFİƏÇİ KOMANDAYA QAYITDI

“Zirə”nin futbolçusu Ceyhun Nuriyevin durumu bəlli olub.

Apasport.az saytına verilən məlumata görə, o, məşqlərə başlayıb.

Hazırlıq prosesində yıxıldığı üçün çiynindən zədələnən Nuriyev müalicəsini başa vurub. Yarımmüdafiəçi fərdi məşqlərə start verib.

Komandadan ayrı çalışan yarımmüdafiəçi bu həftə kollektiv çalışmalara da qoşulacaq. 

Qeyd edək ki, onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.