"Zirə" legioneri ilə bağlı qərarını verdi - EKSKLÜZİV
10.03.2025 - 17:34

“Zirə” legionerlərindən daha birini komandada saxlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Tyaqo Silva ilə bağlı qərarını verib.
"Qartallar" onu heyətdə saxlamağı planlaşdırır.
Bu mövsüm legioner limitinə görə əsas heyətdə yerini itirən Silvanın yeni sezon daha çox şans tapacağı gözlənilir. Klub Tyaqoya yeni müqavilə təklif edəcək.
Onun sözləşmə müddəti daha 1 il artırıla bilər.
24 yaşlı portuqaliyalı qolkiper “Benfika”nın yetirməsidir və “Leykşoeş”, “Trofense” klublarının qapısını qoruyub.
0
0