
Bu gün Misli Premyer Liqasında XXIX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, “Qarabağ” “Zirə”ni qəbul edib.
Gərgin keçən oyunda azarkeşlər 1 qola şahidlik ediblər. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.
Misli Premyer Liqası
XXIX tur
6 aprel (bazar)
19:30. “Qarabağ” – “Zirə” 1:0
Qol: K. Borqes, 15
Baş hakim: İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 90. Davit Volkov, 30. Rikardo Martins, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev