“Sumqayıt” fərqi minimuma endirdi - YENİLƏNİR
20.04.2025 - 20:11
“Sumqayıt” fərqi minimuma endirdi - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun son görüşü Zirədə baş tutacaq. “Zirə” “Sumqayıt”la üz-üzə gələcək.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu görüşdə xal itirsə, “Qarabağ” 12-ci çempionluğunu vaxtından əvvəl gerçəkləşdirəcək. 

19:00 “Zirə” – “Sumqayıt” 2:1
Qollar: G. Papunaşvili, 6, M. Junior, 45+1 - B. Abdixolikov, 52

Zirə İdman Kompleksinin stadionu
Baş hakim:Rauf Cabarov