“Zirə” Ukrayna klubu ilə qarşılaşacaq
05.01.2026 - 11:36
“Zirə” Ukrayna klubu ilə qarşılaşacaq

“Zirə”nin Türkiyədə keçiriləcək yoldaşlıq oyunlarında rəqiblərindən biri müəyyənləşib.

Apasport.az xəbər verir ki, Rəşad Sadıxovun rəhbərlik etdiyi komanda Ukraynanın “Aleksandriya” klubu ilə qarşılaşacaq. Bu barədə Ukrayna klubunun rəsmi saytında məlumat verilib.

Oyun yanvarın 16-da keçiriləcək.