“Zirə” Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək
16.01.2026 - 12:55
“Zirə” Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün iki yoxlama oyunu keçirəcək.

Apasport.az xəbər verir ki, “qartallar” əvvəlcə Ukraynanın “Oleksandriya” komandası ilə üz-üzə gələcək. Matç saat 13:00-da start götürəcək.

Digər görüş isə 18:00-da Çexiyanın “Bohemians” kollektivinə qarşı olacaq.

“Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çiksereda” komandası ilə heç-heçə edib – 3:3.