“Zirə”dən yeni transfer - RƏSMİ
08.03.2025 - 17:44
“Zirə”dən yeni transfer - RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Apasport.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi Rikardo Martins Gimaraynş "Quima"nı heyətinə qatıb. Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.