"Zirə"nin ulduzu "Fənərbaxça"ya doğru - Mourinyo şəxsən istəyir
10.03.2025 - 11:26
"Zirə"nin ulduzu "Fənərbaxça"ya doğru - Mourinyo şəxsən istəyir

Daha öncə xəbər verdiyimiz kimi, “Zirə”nin futbolçusu Salifu Suma komandanı tərk etməyə yaxındır. 

Onun xidmətində “Fənərbaxça”, Kiyev “Dinamo”su, “Monako” kimi klublar maraqlıdır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi qvineyalını yaxından izləməyə başlayıb.

Joze Mourinyo “Zirə”nin futbolçusunu istəyir?

Klub rəhbərliyi gənc futbolçu haqqında raport hazırlaması üçün nümayəndələrinə tapşırıq verib. Transferdə Joze Mourinyonun şəxsən maraqlı olduğu bildirilir.

Portuqaliyalı mütəxəssis “Zirə”nin hücumçusunun çıxışını izləyib və bəyənib. Türkiyə nəhəngi keçid üçün 800 min avro ödəməyə hazırdır.

“Zirə” “Fənərbaxça”nın təklifinə nə cavab verib?

Lakin bu təklif Azərbaycan təmsilçisini məmnun etmir. “Qartallar” forvardı üçün ən azı 1,5 milyon avro tələb edir.

İlk təklifi rədd edilən Ukrayna “Dinamo”su da yayda həmin məbləği ödəmək niyyətindədir. 

Həmçinin Sumanın xidmətində Misli Premyer Liqası təmsilçiləri də maraqlı olub. Amma onun transfer qiyməti danışıqların başlamadan bitməsinə gətirib çıxarıb.

Qeyd edək ki, Sumanın qəsəbə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.