“Bilirdik ki, rəqib maksimum bacarığını göstərəcək”.
Apasport.az xəbər verir ki, bunu “Xarı Bülbül Şuşa” klubunun baş məşqçisi Ziya Rəcəbov deyib.
O, Çelenc kubokunda 1/16 finala vəsiqə qazandıqları oyunla bağlı təəssüratlarını Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlayıb: “Rəqibin daha yaxşı oynayacağını təxmin etmişdik. Çünki onların itirəcəyi heç nə yox idi. Amma komandamızın ilk rəsmi oyunu olmasına baxmayaraq yaxşı qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm. Bundan sonra bizi çətin Yunanıstan səfəri gözləyir”.
Qeyd edək ki, kişilərdən ibarət voleybol komandamız “Panathinaikos Athens”lə noyabrın 29-da üz-üzə gələcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib