Alperenin 23 xalı bəs etmədi: “Hyuston”un qələbə seriyası qırıldı
17.11.2026 - 08:44
Alperenin 23 xalı bəs etmədi: “Hyuston”un qələbə seriyası qırıldı

NBA-nın müntəzəm mövsümündə növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Mayami Hit”ə 110:128 hesabı ilə məğlub olub.

Alperen qarşılaşmada 23 xal toplasa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Bu nəticə ilə “Hyuston”un dörd oyunluq qələbə seriyası başa çatıb.

Günün digər qarşılaşmalarında “Orlando Mecik” səfərdə “Boston Seltiks”i 115:105, “Klivlend Kavalyers” isə “Çikaqo Bulls”u 126:115 hesabı ilə məğlub edib.

“Qolden Steyt Uorriorz” da növbəti məğlubiyyətini alıb. Komanda “Nyu-Orlean Pelikans”a 94:115 hesabı ilə uduzub.

NBA-da günün nəticələri:

“Boston Seltiks” – “Orlando Mecik” 105:115

“Klivlend Kavalyers” – “Çikaqo Bulls” 126:115

“Vaşinqton Vizards” – “Memfis Qrizzlis” 120:136

“Bruklin Nets” – “Filadelfiya Siksers” 123:135

“Mayami Hit” – “Hyuston Rokets” 128:110

“Minnesota Timbervulvz” – “Portlend Treyl Bleyzers” 106:98

“Nyu-Orlean Pelikans” – “Qolden Steyt Uorriorz” 115:94

“Denver Naqqets” – “Finiks Sans” 105:117