Avropa Kuboku: “Neftçi” Latviya klubuna məğlub oldu - YENİLƏNİB
14.10.2026 - 21:09
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin H qrupunun ikinci turunda Latviyanın VEF (Riqa) klubu ilə qarşılaşıb.
Görüş saat 19:00-da, “Sərhədçi” İdman Sarayında start götürüb.
Qarşılaşma qonaqların 110:94 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Neftçi” ilk turda Yunanıstanın “Mikonos” komandasına 58:78 hesabı ilə məğlub olub.
0
0