Azərbaycan millisi finala yüksəldi
15.03.2026 - 11:09
Azərbaycan millisi finala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.

Apasport.az xəbər verir ki, yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələn yığma 22:20 hesablı qələbə qazanıb.

Azərbaycanın həlledici mərhələdəki rəqibi Kanada və Niderland millilərindən biri olacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.