Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
29.10.2026 - 15:18
Azərbaycan cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda özbəkistanlı Kamoliddin Baxtiyorovla qarşılaşıb.
Rəqibini ağrıdıcı fəndlə məğlub edən Ağayev qızıl medal uğrunda görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan turnirdə 8 kişi və 4 qadın olmaqla ümumilikdə 12 cüdoçu ilə təmsil olunur. Yarış oktyabrın 31-dək davam edəcək.
0
0