“Gəncə”dən səfər qələbəsi
29.03.2026 - 18:22
Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turunda bir oyun keçirilib.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutub.
"Şəki" doğma meydanda "Gəncə"yə 73:84 hesabı ilə uduzub.
Meydan sahibləri 22 xalla altıncı pillədə qərarlaşıb. Qonaq komanda 29 xalla üçüncüdür.
Qeyd edək ki, A qrupunda XX turun digər oyunları martın 30-31-də baş tutacaq.
- Millilərimiz Avropa çempionatına Belarusda hazırlaşacaq
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- "Sabah" Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb - RƏSMİ
- “Sabah” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
- "Neftçi" ikinci matçda da məğlub oldu: Dünya Seriyası
0
0