"Lənkəran"da yeni legioner
17.09.2025 - 16:39
"Lənkəran" heyətinə yeni basketbolçu qatıb.
Apasport.az xəbər verir ki, cənub təmsilçisi iranlı Ehsan Şabani ilə heyətini gücləndirib.
200 sm boya malik basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
22 yaşlı Şabaninin son klubu "Naxçıvan" olub. O, eyni zamanda "Gəncə" və "Sumqayıt" klublarının da şərəfini qoruyub.
Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0