"Rəqib güclü idi. Çox çalışdıq, amma heyətdə olan itkilər matç boyu intensiv şəkildə mübarizə aparmağımıza imkan vermədi".
Apasport.az xəbər verir ki, bu sözləri “Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis “Gəncə”yə 66:94 hesabı ilə uduzduqları matçı şərh edib: “Rəqibin böyük ehtiyat oyunçular skamyası var idi və tam heyətlə oynayırdılar. Təəssüf ki, bizdə bu, hələ alınmır. Bir neçə mövqedə boşluqlarımız var. Bunların üzərində işləyirik və tezliklə heyətimizi gücləndirməyə çalışacağıq”.
Qeyd edək ki, bu, mövsümdə “Lənkəran”ın ardıcıl 3-cü məğlubiyyəti olub.