Millimizin üzvü "Gəncə"də
03.10.2025 - 12:41
“Gəncə” heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu mövqeyində çıxış edən Ulaş 200 sm boya malikdir. 21 yaşlı basketbolçu 10 nömrəli “sarı-göy” formanı daşıyacaq.
Qeyd edək ki, Turğut son mövsümü “Sərhədçi”də keçirib.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0