Monteneqrolu basketbolçu “Neftçi”də
21.09.2026 - 23:38
“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 200 sm boya malik 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) “Buduçnost” və “Mornar” kimi tanınmış komandalarının da formasını geyinib.
Qeyd edək ki, Monteneqro millisinin sabiq üzvünün son klubu Macarıstan “Alba Fehervar”ı olub.
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
0
0