“Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
05.11.2026 - 00:49
“Neftçi” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, H qrupunda mübarizə aparan Bakı təmsilçisi beşinci turda Bolqarıstanın “Lokomotiv” komandası ilə üz-üzə gəlib.
Plovdiv şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 76:72 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da “ağ-qaralar” turnirdə ardıcıl beşinci məğlubiyyətini alıblar.
Qeyd edək ki, “Neftçi” əvvəlki görüşlərdə İsveçrənin “Fribur Olimpik” (73:78), Yunanıstanın “Mikonos” (58:78), Latviyanın VEF (94:110) və Rumıniyanın “Oradya” (83:99) komandalarına uduzub.
0
0