“Sabah” “Astana” ilə qarşılaşacaq
01.04.2026 - 16:53
“Sabah” “Astana” ilə qarşılaşacaq

"Sabah" basketbol komandası yoldaşlıq oyunları keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hazırkı Azərbaycan çempionu Qazaxıstanın "Astana" kollektivi ilə iki oyunda üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalar aprelin 4-də, saat 19:30, aprelin 6-da, saat 15:00-da start götürəcək.