"Quba" komandası Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ilk oyununda "Şəki" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov matçı dəyərləndirib.
"Tərəfdarlarımızı sevindirməyə çalışdıq. Təəssüf ki, alınmadı. Cavab matçında daha yaxşısını etmək üçün oynayacağıq. Təəssüf ki, bu gün uduzduq. Halbuki görüşə yaxşı hazırlaşmışdıq və uğurlu nəticə qazanmaq istəyirdik. Rəqib bizə qarşı çox güclü müdafiə tətbiq etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm. Oyunçularımız əllərindən gələni etdilər.
Oyunu ilk dəqiqədən sona qədər eyni heyətlə oynamaq olmur. Ən böyük problemimiz budur. Basketbolçularım bacardıqlarını ortaya qoydular. Onları qınaya da bilmərəm. Ən yaxşısını etməyə çalışdılar. A qrupundan gəlmiş rəqibə qarşı oynayırdıq. Çalışacağıq ki, bu matçdakı səhvlərimizi aradan qaldıraq və ikinci matçda qalib gələk. Cütün taleyini üçüncü matça daşımağa çalışacağıq. Çətin olacaq. Rəqib meydançasında oynayacağıq. Amma bacardığımızı edəcəyik".