"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Yeni mövsümdə məşqçilər korpusunda təcrübəli mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq. V.Kuramşın baş məşqçi Uğur Özdemirin köməkçisi kimi fəaliyyət göstərəcək. Mütəxəssis klubun yarandığı 3 il ərzində komandada çalışıb. O, ötən iki mövsümdə baş məşqçi kimi fəaliyyət göstərib.
Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. O, FIBA və ABL-nin B kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında