"Atalanta" tarixində ilk dəfə
10.05.2024 - 17:36

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Atalanta” “Marsel”ə qalib gəlib (3:0).
Apasport.az xəbər verir ki, Marseldə keçirilən ilk oyunda komandalar 1:1 hesablı heç-heçə edib.
Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Atalanta” turnirin finalına yüksəlib. İtaliya klubu tarixində ilk dəfə avrokubokların həlledici turuna vəsiqə qazanıb. 1987/88 mövsümündə klub Kuboklar Kubokunun yarımfinalında çıxış etmişdi.
- Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Çempionlar Liqası: “Arsenal” və “İnter” yarımfinalda - YENİLƏNİB
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- ÇL: Ev sahibləri qalib gəldi, qonaqlar mərhələ adladı - YENİLƏNİB
0
0