Türkiyənin “Trabzonspor” klubu bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Trabzon təmsilçisi IV tur çərçivəsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşıb.
Sofiyadakı “Bılqarska Armiya” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Görüşü fransalı FIFA referisi Jeremi Pinyar idarə edib.
Gərgin keçən qarşılaşmada qapılara 3 qol vurulub. Qonaqlar rəqibini 2:1 hesabı ilə məğlub edib.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, IV tur
27 noyabr
00:00. ÇSKA (Sofiya) – “Trabzonspor” 1:2
Baş hakim: Jeremi Pinyar (Fransa)
Stadion: “Bılqarska Armiya” (Sofiya, Bolqarıstan)