![Avropa Liqası: "Milan" "Roma"ya məğlub oldu - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/april/11/big/66177f657a90666177f657a907171281597366177f657a90366177f657a905.jpg)
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç baş tutub.
İtaliyada A seriyası təmsilçiləri “Milan”la “Roma” üz-üzə gəlib. "Canavarlar" səfərdə 1:0 hesabı ilə qalib gəliblər. “Bayer” öz meydanında oyunun sonlarında “Vest Hem”i 2 dəfə məyus edib.
“Liverpul” öz meydanında darmadağın olub. “Atalanta” "qırmızılar"ın qapısından 3 cavabsız top keçiriblər. Portuqaliyada "Benfika” “Marsel”i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.
Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel
23:00. “Milan” – “Roma” - 0:1
23:00. “Liverpul” – “Atalanta” - 0:3
23:00. “Bayer” – “Vest Hem” - 2:0
23:00. “Benfika” – “Marsel” - 2:1