Daha 2 komanda Çempionlar Liqası ilə vidalaşdı
22.01.2026 - 09:48
Daha 2 komanda Çempionlar Liqası ilə vidalaşdı

Çempionlar Liqasını tərk edəcək daha iki komandanın adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, VII turun oyunlarından sonra “Qarabağ”a uduzan “Ayntraxt” və “Barselona”ya məğlub olan “Slaviya”nın pley-off şansı qalmayıb.

Sona bir tur qalmış almanların 4, çexlərin isə 3 xalı var.

Daha əvvəl “Kayrat” və “Vilyarreal”ın turniri tərk edəcəyi dəqiqləşib.