Emin Cəfərov Gənclər Liqasında
07.12.2024 - 11:16
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun III mərhələsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Sarayevo” (Bosniya və Herseqovina) oyununun UEFA nümayəndəsi olacaq.
Trabzon şəhərində yerləşən Şenol Güneş İdman Kompleksi stadionunda təşkil olunacaq cavab görüşü dekabrın 11-də baş tutacaq.
“Trabzonspor” – “Sarayevo” matçını belaruslu baş hakim Amine Kourgheli idarə edəcək. Bosniya və Herseqovinada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.
- Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu
- ÇL-da son vəziyyət: “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” neçəncidir? – FOTO
- “Trabzonspor” Bolqarıstan səfərində – YENİLƏNİR
- ÇL: “Bavariya” uduzdu, PSJ xal itirdi - YENİLƏNİB
- ÇL: “Fənərbaxça” Londonda “Şaxtyor”u məğlub etdi - YENİLƏNİB
0
0