UEFA Çempionlar Liqasının V turunda sabah "Qarabağ" səfərdə "Napoli" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, bu gün oyundan öncə keçirilən mətbuat konfransında Marko Yankoviç jurnalistlərin suallarını cavablandırıb:
"Napoli" güclü bir komandadır. Bilirik ki, İtaliya çempionu ilə oynamaq maraqlı olacaq. Biz öz oyunumuzu göstərəcəyik. Maksimumuzu verməyə çalışacağıq".
- Konte bildirmişdi ki, siz Çempionlar Liqasında çevriliş edən bir komandasınız. Düşünürsüzmü ki, sabahkı nəticə sizin istədiyiniz kimi olacaq?
- Çətin olacaq. Bizim də öz ambisiyalarımız var. 7 xalımız var və bu xallar göstərir ki, güclü komandalara qarşı oynaya bilirik.
- Bir neçə il əvvəl başqa bir komandanın heyətində "Napoli"yə qarşı oynamısan. Həmin vaxtdakı "Napoli" ilə indikini müqayisə etsən, nəyin dəyişdiyini görərsən?
- "Napoli"nin möhtəşəm oyunçuları var. Hər zaman güclü bir komanda olub. Az öncə də bildirdiyim kimi, biz öz oyunumuzu oynamağa çalışacağıq.
- De Bleker “Barselona” - “Nyukasl” oyununa təyinat alıb
- “Sportinq”dən möhtəşəm geridönüş, “Arsenal” və “Real” 1/4 finalda - YENİLƏNİB
- İran FIFA ilə Dünya Kuboku matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün danışıqlar aparır
- Əliyar Ağayev 1/8 final matçında - RƏSMİ
- "Liverpul" - "Qalatasaray" matçının hakimləri bəlli oldu