
Bu gün UEFA Millətlər Liqasında üçüncü yer uğrunda və final görüşü keçirilib.
Apasport.az xəbər verir ki, oyunlar Almaniyada baş tutub.
Bürünc medal uğrunda Almaniya və Fransa yığmaları üz-üzə gəlib.
Görüş fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Həlledici görüşdə isə İspaniya ilə Portuqaliya qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabı ilə bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrində daha dəqiq olan Portuqaliya kubokun sahibi olublar.
UEFA Millətlər Liqası
III yer uğrunda görüş
17:00 Almaniya – Fransa 0:2
Final
23:00 İspaniya – Portuqaliya 2:2 pen. (4:5)