Millətlər Liqası: Portuqaliya və İspaniyadan qələbə - YENİLƏNİB
13.10.2024 - 00:51
Millətlər Liqası: Portuqaliya və İspaniyadan qələbə  - YENİLƏNİB

Bu gün UEFA Millətlər Liqasında III tura yekun vurulub.

Apasport.az xəbər verir ki, Ronaldolu Portuqaliya yığması Polşanın qonağı olub.

Kriştanunun da fərqləndiyi matçda portuqallar rəqibini səfərdə məğlub edib: 3:1.

İspaniya Danimarkanı, Serbiya isə İsveçrəni sınağa çəkib.

İspanlar Skandinaviya təmsilçisinə minimal hesabla (1:0) qalib gəlib.

Serbiya isə İsveçrəni 2:0 hesabı ilə məğlub edib. 

UEFA Millətlər Liqası
III tur

12 oktyabr

A Liqası
1-ci qrup

20:00 Xorvatiya – Şotlandiya 2:1
22:45 Polşa – Portuqaliya 1:3 

Xal durumu: Portuqaliya – 9, Xorvatiya – 4, Polşa – 3, Şotlandiya – 0

4-cü qrup

22:45 Serbiya – İsveçrə 2:0
22:45 İspaniya – Danimarka 1:0

Xal durumu: İspaniya – 7, Danimarka – 6, Serbiya – 4, İsveçrə – 0

C Liqası
2-ci qrup

17:00 Litva – Kosovo 1:2
22:45 Kipr – Rumıniya 0:3

Xal durumu: Rumıniya – 9, Kosovo – 6, Kipr – 3, Litva – 0

3-cü qrup

20:00 Bolqarıstan – Lüksemburq 0:0
22:45 Belarus – Şimali İrlandiya 0:0

Xal durumu: Belarus – 5, Bolqarıstan – 5, Şimali İrlandiya – 4, Lüksemburq – 1

0