Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.
Apasport.az xəbər verir ki, U-18 Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Emin Feyzullayev və 56-cı dəqiqədə Rəşad Alışov vurublar.
Millimizin heyətində bu futbolçular çıxış ediblər: 1. Həbib Hüşənov, 2. Ömər Əliaslanlı, 6. Nadir Orucov, 7. Əkbər Məhərrəmov, 8. Emin Feyzullayev, 9. Ömər Kərimov (3. Cavid Məlikov, 90+5), 10. Babamirzə Mehdiyev (19. Əli Qurbanov, 90+1), 11. Röyal Fərzullazadə (20. Rauf Qafarov, 37 / 18. Arzu Mədətov, 71), 17. Ziya Şəkərxanov (16. Əmir Əliyev, 46), 21. Murad Mustafayev, 23. Rəşad Alışov.
Qeyd edək ki, komandalar arasında oktyabrın 29-da keçirilən ilk oyunda Monteneqro yığması 2:0 hesablı qələbə qazanıb.
- Avropa Liqası: “Fənərbaxça”dan qələbə, “Beşiktaş” evdə uduzdu, “Qalatasaray”dan qollu bərabərlik - YENİLƏNİB
- Qurban Qurbanov: “Ustalıq çox yuxarı səviyyədədir”
- Pyer Saj: “Qarabağ” daha çox qol vura bilərdi”
- Jorj Mikautadze: “İstirahət üçün bir gün mütləq bura gələcəm”
- Xəqani Məmmədov: “Psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir”